Jun 14 2021 09:50
Elshad Aliyev
Views: 90

Türkiyənin Muğla vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 97 miqrant saxlanılıb. Bu işdə onlara köməklik göstərməkdə şübhəli bilinən iki nəfər nəzarətə alınıb.

AZƏRTAC xəbər verir ki, miqrantlar şəhərin Fethiye rayonunda ələ keçiriliblər.

Muğla Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan bu şəxslərin 36-ı Əfqanıstan, 32-i Suriya, 19-u Pakistan və digər ölkə vətəndaşlarıdır.

Onlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

 


Create Account



Log In Your Account