Dec 12 2019 10:32
Elshad Aliyev
Views: 115

Türkiyənin Akdeniz bölgəsində Girit Adası yaxınlarında 4,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 06.05-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinliyindədir.

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.


Create Account



Log In Your Account