Aug 10 2020 13:11
Elshad Aliyev
Views: 66

Türkiyə və Gürcüstanda nəqliyyat vasitələrinin öz ölkələrində qalma müddətləri ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunsa da, həmin ölkələrin müvafiq struktur rəhbərləri ilə aparılan danışıqlar nəticəsində qısa müddət ərzində problem həllini tapıb və Azərbaycana məxsus yerli daşıyıcıların fəaliyyəti bərpa olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyası (ABADA) və DANX-ın birgə təşkilatçılığı ilə onlayn konfransda bildirilib.

Konfransda hazırkı dövr üçün aktual olan beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib.

Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, daxili avtonəqliyyat xidmətləri bazarının kvota sistemi ilə tənzimlənməsinin səmərəliliyinin artırılması, bu sahədə milli daşıyıcıların xüsusi çəkisinin artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi, milli yük avtonəqliyyat parkının yenilənməsi, yeni iş yerlərinin açılması, kvotadan artıq ölkəyə daxil olan xarici yük daşıyıcıları tərəfindən yüklərin daşınmasının qarşısının alınması məqsədilə qanun layihələri hazırlanaraq Hökumətə təqdim edilməsi barədə ətraflı məlumat konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Konfransın sonunda ABADA idarə heyətinə yeni üzvlər seçilib. Artıq bu tərkibdə DANX-ın rəhbər heyəti də təmsil olunacaq.


Create Account



Log In Your Account