Dec 09 2019 15:55
Elshad Aliyev
Views: 239

Türkiyə və İran Xarici İşlər nazirləri arasında görüş olub.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında görüş "Asiyanın Qəlbi" - İstanbul Prosesinin 8-ci Nazirlər Konfransı çərçivəsində İstanbulda baş tutub.

Diplomatlar rəsmi Ankara və Tehran arasında münasibətlərin müxtəlif aspektlərini, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

İran və Türkiyə XİN başçıları Suriyadakı son siyasi vəziyyət, İraq və Əfqanıstandakı proseslər haqqında fikir mübadiləsi aparıblar. 


Create Account



Log In Your Account