Mar 22 2017 14:30
Ulviyye Sabirqizi
Views: 1718

Rəsmi Ankara ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin – Azərbaycanin işğal olunmuş əraziləri probleminin həlli istiqamətindəki səylərini dəstəkləyir.

CBC-nin Amerika Birləşmiş Ştatları bürosu xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı belə deyib.

Regiondakı dondurulmuş münaqişələrə diqqətə çəkən nazir bildirib ki, bu problem Türkiyə-Ermənistan ikitərəfli əlaqələrinə də təsir edir: “Türkiyə Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycanın işğal olunmuş əraziləri problemin həlli üçün səylərini dəstəkləyir. Bu problemi aradan qaldırmaq üçün ötən il prezident Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Azərbaycan Rusiyanın təklifini qəbul edib. Bu məsələni aradan qaldırmaq lazımdır. Regionda bir neçə dondurulmuş münaqişə var, onlar bütün regionun sabitliyi üçün təhlükə yaradırlar. Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Biz bütün bu problemləri həll etmək üçün daha çox səy göstərməliyik. Heç kəs Azərbaycan ərazisinin 20%-nin qonşu ölkə tərəfindən işğal olunduğunu inkar edə bilməz, Ermənistandan başqa. Bu, mənim qiymətləndirməm deyil. Bu, BMT, ATƏT, Avropa Şurasının qiymətləndirməsidir. Buna görə də, Ermənistan bu ərazilərdən geri çəkilməlidir. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Diplomatiya Dağlıq Qarabağ problemini həll etmək üçün ən yaxşı yoldur. Biz bu problemi həll etməyə başlamağı təklif edirik. Bu münaqişə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinə də təsir göstərir. Azərbaycan problemin uyğun həlli yolunu qəbul etdiyi zaman Türkiyə də həmin həll yoluna dəstək olacaq”.


Create Account



Log In Your Account