Mar 29 2021 13:19
Elshad Aliyev
Views: 126

Türkiyə vətəndaşlarına bu günədək 14 milyon 894 min 314 doza COVID-19 peyvəndi tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bu vaksinlərdən 8 milyon 334 min 218-i birinci, 6 milyon 560 min 96-ı isə ikinci doza olaraq əhaliyə vurulub.

Qardaş ölkədə bu il yanvarın 14-də başlanan vaksinasiya prosesinin bu gündən etibarən yeni mərhələsinə start verilir. Ölkənin Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan COVID-19 vaksinasiya proqramı çərçivəsində hazırda risk qrupuna daxil olan, artıq çəkidən əziyyət çəkən, xərçəng, böyrək çatışmazlığı kimi xəstəlikləri olan və Daun sindromlu şəxslər peyvəndlənir.


Create Account



Log In Your Account