Aug 14 2020 14:17
Elshad Aliyev
Views: 47

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Van vilayətinin Çatak bölgəsində keçirilən antiterror əməliyyatı çərçivəsində məhv edilən iki terrorçudan birinin axtarışda olan “Dastan” ləqəbli Beylan Bozyığit olduğu müəyyənləşdirilib. Onun ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 70 min ABŞ dolları) məbləğində mükafat vəd edilmişdi.

PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olan B.Bozyığit bir sıra ağır cinayətlərin təşkilində ittiham edilirdi.


Create Account



Log In Your Account