Feb 15 2017 12:00
Ulviyye Sabirqizi
Views: 1431

Türkiyənin Adana, Ankara, Mersin, Osmaniye, Kahramanmaraş, Malatya, Elazığ və Kayseri vilayətlərində dövlət çevrilişində cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının üzvlərinə qarşı əməliyyat aparılıb.

CBC-nin məlumatına görə, əməliyyatlar zamanı 3-ü polis rəisi olmaqla, 27 polis əməkdaşı saxlanılıb.

Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdu.

 


Create Account



Log In Your Account