Feb 06 2017 11:21
Ulviyye Sabirqizi
Views: 1515

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda Rixter cədvəli üzrə 5.3 bal gücündə zəlzələ baş verib.

CBC xəbər verir ki, televiziya kanalları yerli vaxtla saat 6.51-də baş verən yeraltı təkanların bəzi tikililərdə yaratdığı dağıntıları əks etdirən görüntülər yayıb.

Episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə, hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.

Bayırköy muxtarı Mehmet Yəhya Çavuş isə kənddə 40-50 evə, eləcə də təsərrüfata zərər dəydiyini deyib.

Çamköy muxtarı Mustafa Sinop da kənddə 5-6 evin zərər gördüyünü bildirib.

Yerli idarəetmə orqanları zəlzələnin nəticələrini araşdırmaq üçün tədqiqata başlayıb.

 


Create Account



Log In Your Account