May 15 2020 13:09
Elshad Aliyev
Views: 45

Türkiyədə hazırlanan COVID-19-a qarşı peyvənd heyvanlar üzərində sınaqdan keçiriləcək. Sınaqlar sentyabr ayınadək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Qeyd edilib ki, peyvəndin hazırlanması ilə bağlı dünyada bir yarış keçirilir və bütün dünya xəstəliyin yox olması uğrunda birlikdə mübarizə aparır. Türkiyədə də bu istiqamətdə müxtəlif tədqiqatlar aparılır və nəticələr artıq görülməyə başlayıb.


Create Account



Log In Your Account