Apr 09 2020 14:22
Elshad Aliyev
Views: 80

Türkiyədə “koronavirus əməliyyatı” çərçivəsində 462 nəfər saxlanıb.

APA-nın yerli bürosunun Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla məlumatına görə, Türkiyə polis və jandarma heyəti ölkənin 65 vilayətində 288 əməliyyat axtarışı aparıb. Nticədə xeyli sayda saxta məhsullar – maska, odekalon, dezinfeksiya məhlulları və digər tibbi-təmizləyici vasitələr aşkarlanıb. Saxlanılan şəxslərdən 192 nəfər haqqında məhkəmə icraatı, 124 nəfər haqqında isə inzibati cəza tədbiri görülüb. Bundan başqa odekalon, dezinfeksiya məhlulları, tibbi əlcək, quru ərzaq, termometr və digər vasitələrin qiymətlərində artım etdikləri üçün 369 satıcı və 467 məhsulla bağlı Ticarət Nazirliyinə məlumat təqdim olunub.


Create Account



Log In Your Account