Mar 05 2020 15:08
Elshad Aliyev
Views: 77

Ankara İkinci Ağır Cinayətlər Məhkəməsində Rusiya səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın yerli bürosunun “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, prokuror A. Karlovun qətlində təqsirləndirilən 28 nəfərdən 8-nin ömürlük, 5-nin 15 il müddətinə azadlıqdan məhrum edilməsini, 6 nəfərə bəraət verilməsini və məhkəmədən gizlənən 9 nəfər barəsində olan işin ayrı icraata verilməsini istəyib.  

Prokuror sui-qəsdin FETÖ terror təşkilatı tərəfindən təşkil edildiyinə dair dəlillərin sübuta yetirildiyini vurğulayıb.

Məhkəmə prosesi təxirə salınıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri A. Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, ona hücum edən şəxs - polis məmuru Mevlut Mert Altıntaş polis tərəfindən zərərsizləşdirilib.


Create Account



Log In Your Account