May 07 2020 16:53
Elshad Aliyev
Views: 89

COVID-19 pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra Türkiyədə qalan 200 minə yaxın xarici vətəndaşın ölkələrinə geri dönməsi təmin olunub. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Qeyd edilib ki, xüsusi icazələrlə qayıdan bu şəxslərdən 600-ə yaxını dünyanın fərqli ölkələrindən Türkiyəyə təxliyə olunanlardır.

Nazir müavini, eyni zamanda, bugünədək 107 ölkədən 70 minə yaxın Türkiyə vətəndaşının ölkəyə gətirildiyini, bu tədbirlərin davam etdirildiyini deyib. Son çarter reysi isə bu gün Avstraliya və Yeni Zelandiyadan Türkiyəyə yola salınıb.


Create Account



Log In Your Account