Apr 16 2020 16:47
Elshad Aliyev
Views: 51

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən yeni növ koronavirusla mübarizə aparan səhiyyə işçiləri üçün mobil “Psixi Sağlamlığa Dəstək Sistemi” (RUHSAD) yaradılıb.

AZƏRTAC xəbər verir ki, dünyada ilk olan bu mobil tətbiq səhiyyə işçilərinin pandemiya dövründə psixoloji vəziyyətinin qorunması və dəstəklənməsi məqsədilə hazırlanıb.

Hər sahə üzrə fəaliyyət göstərən tibbi heyət üçün nəzərdə tutulan tətbiq istifadəyə verildiyi ilk həftə ərzində 500-ə yaxın səhiyyə işçisinə xidmət göstərib.

Qeyd edək ki, hazırda Türkiyənin 81 vilayətində vətəndaşlar üçün də psixoloji dəstək xətti fəaliyyət göstərir.


Create Account



Log In Your Account