May 19 2020 14:11
Elshad Aliyev
Views: 198

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın müəllifi olduğu “Soyqırımı” kitabı Türkiyədə nəşr olunub.

AZƏRTAC xəbər verir ki, əsərdə təcavüzkar Ermənistanın əsassız iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs olunur. Tarixi faktlar və şahid ifadələri ilə Ermənistanın işğalçılıq siyasətini türkdilli oxuculara çatdıran müəllif hərbi yolla zəbt olunan torpaqlarımızda dinc azərbaycanlı əhaliyə qarşı törədilən bəşəri cinayətin acılarından yazır. Xocalı soyqırımının dəhşətləri, bir milyondan yuxarı azərbaycanlının qaçqın və köçkün düşməsi, günahsız insanların şəhid və əlil olmasına, əsir və girov götürülməsinə dair ən son məlumatlar tədqiqata cəlb olunub.

Kitabda, həmçinin erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərində Anadolunun şərq bölgəsində, o cümlədən İğdırda müsəlman-türk əhaliyə qarşı törətdiyi ağır cinayətlər şahid ifadələri ilə qələmə alınıb.


Create Account



Log In Your Account