Apr 30 2021 17:07
Elshad Aliyev
Views: 107

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter"də bildirib.

“Türkiyə Dərman və Tibbi Ləvazimat Təşkilatı apardığı araşdırmaların nəticəsinə əsasən, “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib. İki ölkə üçün də xeyirli olsun. Beləliklə üçüncü peyvənd olaraq “Sputnik V” ölkəmizdə istifadə olunacaq”,  - deyə türkiyəli nazir qeyd edib.


Create Account



Log In Your Account