Apr 10 2020 12:51
Elshad Aliyev
Views: 87

Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində polisin şübhəli hesab etdiyi avtomobildə Hayri Mava ləqəbli təhlükəli PKK terrorçusu Mahmut Okay tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, yaralı halda tutulan təhlükəli terrorçu axtarışda olub. Onun tutulması üçün 1 milyon Türkiyə lirəsi (təxminən 150 min ABŞ dolları) ayrılmışdı. Terrorçuya yardım etməkdə şübhəli bilinən başqa bir nəfər də saxlanılıb.

Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalındakı Haftanin bölgəsində daha iki PKK mənsubu məhv edilib.


Create Account



Log In Your Account