Jun 25 2021 14:52
Elshad Aliyev
Views: 91

Egey dənizində 4 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.


Create Account



Log In Your Account