Aug 03 2020 15:37
Elshad Aliyev
Views: 57

Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin nümayəndələri Qəbələ rayonundan sonra avqustun 3-də İsmayıllıya gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respubilkası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimayi Birliyinin nümayəndələri ilə İsmayıllıya gələn qonaqlar iyulun 12-də erməni silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər. Şəhidin xatirəsini ehtiramla yad edən qonaqlar sonra onun ata evinə gedib, valideynləri ilə görüşüblər.

Ziyarət və görüş üçün razılıq edən şəhidin ailə üzvləri bunu bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər. Türkiyəli həkimlər Azərbaycanın haqq işində daim onların yanında olacaqlarını bildirib, şəhidlərin qanının yerdə qalmayacağına əmin olduqlarını söyləyiblər.


Create Account



Log In Your Account