Mar 11 2017 12:00
Ulviyye Sabirqizi
Views: 1277

Türkiyə bütün qonşuları ilə yaxşı münasibət qurmağı arzulayır, lakin Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədinin açılması mümkün deyil.

CBC-nin məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib:

"Təəssüf ki, Ermənistan üzündən biz sərhədləri bağlamışıq. Biz bütün qonşularımızla münasibətləri inkişaf etdirmək, ticarət əlaqələri qurmaq istəyirik.

Biz həmişə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz yerlərinə qaytarılması şərtilə sərhədlərin açılmasının mümkün olduğunu bildirmişik. Biz Ermənistana blokadadan çıxmağı və Türkiyə vasitəsilə Avropaya çıxmağı təklif etmişik".

 


Create Account



Log In Your Account