Feb 27 2020 12:02
Elshad Aliyev
Views: 35

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.

Trend-in məlumatına görə, səfir qeyd edib ki, toplantı çox faydalı oldu: “Bilirsiniz ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi. Bu ilki toplantı da çox faydalı oldu. Toplantı çərçivəsində 14 sənəd imzalandı və əlaqələrimizin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işləri müzakirə edildi.

Biz Türkiyə olaraq bu toplantını çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük”.


Create Account



Log In Your Account