Sep 18 2018 19:51
Ferah Sabirqizi
Views: 269

“Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən tədbir möhtəşəm idi”. Azərbaycanda səfərdə olan tanınmış türkiyəli tarixçi alim, professor İlber Ortaylı CBC telekanalına verdiyi eksklüziv müsahibəsində belə deyib. Bildirib ki, bu tədbir Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərini bir daha dünyaya göstərdi.

“Belə bir müştərək bayram oldu. Bizim nəsil bunu 50 ildir ki, gözləyirdi. Biz qardaş Cümhuriyyətlərik, iki dövlət, tək millətik. Mənfəətimiz olur, lakin iki əllə ifadə edirik. Belə olması daha yaxşıdır”. 

Tarixçi alim deyir ki, Azərbaycanla Türkiyə əlaqələrinin tarixi çox qədimdir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan əsgərləri ilə birgə Bakını erməni-daşnak, bolşevik işğalından azad etməsi buna sübutdur.
 “Almanlar 1918-ci il, fevral ayından aprelədək Ukraynanı nəzarət altına aldılar. Ardınca Gürcüstana yürüdülər. Azərbaycanı hədəfə almışdılar. Buna imkan vermək olmazdı.  Çünki bu ordu Azərbaycana gedərkən, yanında daşnakları aparırdı. Bu üzdən müdaxilə etdik. Azərbaycan xalqından böyük dəstək gördük. Çox qısa zamanda, iyunda Gəncə azad olundu, orada hökumət quruldu. Ardınca, 3 ay sonra, 15 sentyabrda Bakıya girdik və hökumət Bakıya daşındı”. 

Türkiyəli tarixçi alim Bakının işğaldan azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını yüksək qiymətləndirir. Bidirir ki, Bakıya gəldiyi və bu mühüm tarixlə əlaqədar keçirilən tədbirlərdə iştirak etdiyi üçün çox məmnundur.

 


Create Account



Log In Your Account