Apr 08 2020 18:02
Elshad Aliyev
Views: 159

Türkiyənin beş vilayətdəki altı yaşayış məntəqəsində karantin tətbiqi dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölgələrdə həyata keçirilən karantin tədbirləri mülki idarəçilərin rəhbərliyi altında şəhər və rayon sanitar qurumlarının qərarı ilə COVİD-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq olunur.

Qeyd edək ki, hazırda ölkənin 45 vilayətinin 156 yaşayış ərazisində karantin müddəti davam edir.


Create Account



Log In Your Account