Jan 23 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1554

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 885,36 mln. kubmetr qaz ixrac edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Qeyd edilib ki, ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 576,76 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 13,24% Azərbaycanın, qalanı  isə İran və Rusiyanın payına düşür.

2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.

 


Create Account



Log In Your Account