Jul 03 2020 16:08
Elshad Aliyev
Views: 152

Hendek rayonunda partlayışın baş verdiyi fabrikdən indiyədək iki nəfərin cəsədi çıxarılıb, 73 yaralı var. Yaralılar ətrafdaki xəstəxanalara yerləşdirilirlər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə pirotexniki vasitələrin istehsal olunduğu ən böyük fabrikdə baş verən partlayışla bağlı açıqlamasında deyib.

Qeyd edilib ki, əraziyə 85 ambulans, 2 helikopter, axtarış-xilasetmə briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Partlayış baş verən zaman müəssisədə 150-200 işçi olub. Bölgədə yaşayan əhaliyə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.


Create Account



Log In Your Account