Apr 24 2020 14:03
Elshad Aliyev
Views: 48

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə COVID-19-la mübarizə tədbirləri haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, "Türkiyənin Uxanı İstanbul oldu" ifadəsini işlədən nazir hətta Uxanla müqayisədə İstanbulun daha da sıx şəhər olduğunu vurğulayıb.

Qeyd edilib ki, İstanbulda pandemiyanın qarşısının alınması məqsədilə hərəsində üç mütəxəssisin olduğu 1300 xüsusi avtomobildən ibarət qruplar yaradılıb. Bu qruplar vasitəsilə şəhərdə xəstəlik "zəncirini qırmaq" mümkün olub. Yoluxdurma zəncirinin vaxtında aşkarlanması isə virusun şəhərdə yayılmasının qarşısının alınmasının əsas səbəblərindən biri olub.

“Qabaqlayıcı tədbirlər Ramazan ayında da davam etdiriləcək”, - deyən F.Koca burada sosial məsafənin saxlanılmasının əsas rol oynadığını bildirib.


Create Account



Log In Your Account