May 02 2020 13:17
Elshad Aliyev
Views: 260

Türkiyənin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq etdiyi karantinlə bağlı çıxış planına uyğun olaraq müqəddəs Ramazan bayramına qədər yeni yoluxma faktı qeydə alınmayan şəhərlərdə karantin rejimi mərhələli şəkildə dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, həmin şəhərlərdə qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınmayan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutulur. “Tərs karantin” adlandırılan bu tətbiqə hazırda Türkiyənin 15 şəhərinin uyğun olduğu bildirilir.

Mütəxəssislərin sözlərinə görə, ölkə ərazisində sosial həyatın bərpası ilə əlaqədar iyunun 5-ə qədər olan müddət çox vacibdir. Belə ki, bu tarixə qədər yoluxanların sayı nəzərə alınaraq mərhələli şəkildə yumşaltma tədbirləri başlaya bilər.

Hazırda Türkiyənin bütün dövlət qurumları tərəfindən ölkənin Səhiyyə Nazirliyinin göstərişlərinə əsasən keçid planına uyğun hazırlıqlar aparılır.

Qeyd edək ki, mütəxəssislər qarşıdan gələn bir neçə həftə ərzində Türkiyədə COVID-19-a yoluxanların sayında əhəmiyyətli dərəcədə azalmanın gözlənildiyini bildirirlər.


Create Account



Log In Your Account