Jan 20 2017 17:57
Ulviyye Sabirqizi
Views: 1588

“TRT AVAZ” 20 Yanvar faciəsi ilə bağlı silsilə reportajlar yayıb.

Kanalın Şəhidlər Xiyabanında qurduğu tribunada çıxış edənlərin Qanlı Yanvar barədə fikir və mülahizələri canlı yayımla nümayiş olunub.

Kanalın qonağı olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə tamaşaçılara məlumat verib.

“TRT AVAZ” yaydığı bütün süjet və reportajlarda 27 il əvvəl baş verən, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifələr yaradan Qanlı Yanvar hadisələrini bütöv bir xalqın həmrəylik və milli azadlıq eşqi kimi dəyərləndirib.

 


Create Account



Log In Your Account