Dec 12 2019 11:37
Elshad Aliyev
Views: 126

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə gəncləri üçün birgə inkişaf yolu, irəliyə aydın baxış fəlsəfəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok bildirib.

Bələdiyyə sədri Azərbaycan-Türkiyə münasibətlərini bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirib. O deyib ki, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.

Hər bir vətənsevər türkiyəli üçün qürurludur ki, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər qazanır. Bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin öz xalqına bəxş etdiyi milli sərvətdir.


Create Account



Log In Your Account