Jan 27 2021 13:44
Bakhtiyar Hasanov
Views: 67

Twitter Hollandiyada yerləşən Revue startapını satın alıb. 2015-ci ilin aprel ayında qurulan Revue email bülletenlərindən pul qazanmağa imkan yaradır.

Twitter və Revue arasında satın alma müqaviləsi ilə əlaqədar maliyyə detalları paylaşılmayıb. 

6 nəfərlik bir qrup tərəfindən idarə olunan Revue startapı Crunchbase-in məlumatlarına görə bu günə qədər 485.000 ABŞ dollarından çox investisiya alıb. Satınalma e-poçt bülletenləri ilə gəlir qazanma xüsusiyyətini Twitterə uyğunlaşdırmaq və platformada məzmun istehsalçıları üçün yeni bir qazanma yolu yaratmaq məqsədi daşıyır.


Create Account



Log In Your Account