May 08 2020 16:53
Elshad Aliyev
Views: 173

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin bu ilin aprel ayında “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib. AZƏRTAC xəbər verir ki, təsviri “Azərkosmos” ASC yayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın mədəniyyət incisi olan Şuşanın Ermənistan tərəfindən işğalından 28 il ötür. İşğal altında olan Şuşada aparılan qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır. Həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir.

Xatırladaq ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.


Create Account



Log In Your Account