Nov 07 2019 10:55
Elshad Aliyev
Views: 36

Noyabrın 7-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin dördüncü turunda səfərdə Kiprin APOEL komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Nikosiyadakı “GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.

Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş üçüncü turunda heç-heçə qeydə alınıb – 2:2.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 0:3 hesabı ilə uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.


Create Account



Log In Your Account