Apr 29 2021 11:00
Elshad Aliyev
Views: 119

Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilir.

AZƏRTAC xəbər verir ki, İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi “Roma” İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.

İngiltərənin digər klubu “Arsenal” isə İspaniyada “Qarabağ”la eyni qrupda mübarizə aparan “Vilyarreal”la üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionunda keçiriləcək.


Create Account



Log In Your Account