Mar 13 2020 15:57
Elshad Aliyev
Views: 243

UEFA koronavirus pandemiyası ilə əlaqədar Çempionlar Liqası və Avropa Liqasının bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bununla da Çempionlar Liqasının 1/8 mərhələsinin cavab oyunları (17-18 mart) və Avropa Liqasının 1/8 mərhələsinin (19 mart) cavab oyunları baş tutmayacaq. Eyni zamanda, martın 20-də hər iki liqanın 1/4 mərhələsinin püşkatması təxirə salınıb.

UEFA “Avro-2020“ ilə əlaqədar martın 17-də böhran toplantısı keçirəcək. 55 üzv federasiyanın təmsilçilərinin qatılacağı videokonfransda bu il keçirilməli olan futbol üzrə Avropa Çempionatının müqəddəratına aydınlıq gətirilməlidir.


Create Account



Log In Your Account