Oct 23 2017 16:06
Ferah Sabirqizi
Views: 460

UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nizam İntizam Komitəsi PSJ, “Seltik” və “Bazel”lə bağlı qərarını açıqlayıb.

 

Qrup mərhələsinin I turunda PSJ-yə 0:5 hesabı ilə uduzan “Seltik” 10 min avro ödəməli olacaq. Bu cərimə meydana kənar şəxslərin daxil olması üzündən verilib. Kresloları sındırmaqda günahkar bilinən Fransa klubu isə şotlandiyalılardan iki dəfə az – 5 min avro ziyana düşüb.

 

“Mançester Yunayted”lə ilk turun görüşündə pirotexniki vasitələrdən yararlanan “Bazel” fanatları da komandalarını xərcə salıb. Öz meydanında 0:3 hesabı ilə uduzan isveçrəlilər 12 min avro ödəməlidi.


Create Account



Log In Your Account