Apr 20 2020 14:14
Elshad Aliyev
Views: 78

UEFA oyunların azarkeşsiz keçirilməsinə hazırdır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan futbol matçlarının tez bərpa olunması üçün bu addımı atmaq mümkündür: “Bizim üçün azarkeşlərin, futbolçuların, məşqçilərin sağlamlığı prioritetdir. Mən nikbinəm və hesab edirəm ki, çempionat və kubokları bərpa etmək, başa çatdırmaq üçün variantlarımız var. Mümkündür ki, oyunları azarkeşsiz başlamalı olacağıq. Amma ən vacibinin matçların keçirilməsi olduğunu düşünürəm. İndiki kimi ağır vaxtda futbol insanlara xoşbəxtlik, normallığın müəyyən hisslərini gətirərdi. Hətta futbol yalnız televiziya ilə olsa belə. Mövsümü başa çatdıra bilməyəcəyimizi demək tezdir. Bunun klublar və liqalar təsiri dəhşətli ola bilər. Biz yarışları başa çatdıra bilərik, amma dövlətlərin qərarını və oyunlar üçün icazəsini gözləməliyik”.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona yaxındır.


Create Account



Log In Your Account