Apr 30 2020 16:42
Elshad Aliyev
Views: 159

UEFA-nın Tibbi Komitəsinin rəhbəri Tim Meyer koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatlarının bərpasının mümkünlüyündən danışıb.

Apasport.az saytının məlumatına görə, o, mayın sonlarında daxili birinciliklərin başlaya biləcəyini deyib.

Meyer bunun üçün ilk növbədə üzv federasiyaların proqram təqdim etməli olduğunu bildirib: "Milli çempionatların bərpasına hazırlaşmaq üçün UEFA-ya proqram təqdim etməlidirlər. Liqalar mayın sonundan etibarən davam etdirilə bilər".

Qeyd edək ki, Belarus istisna olmaqla, Avropanın bütün ölkələrində futbol yarışları dayandırılıb. Hollandiyadan sonra Fransada da mövsümün qalan matçları ləğv edilib.


Create Account



Log In Your Account