May 06 2020 18:07
Elshad Aliyev
Views: 119

Çempionlar Liqasının (ÇL) yarımfinal oyunları İstanbulda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bunu Albaniya Futbol Assosiasiyasının prezidenti Armand Duka deyib.

Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin üzvü olan Duka Çempionlar Liqasının son 3 həlledici görüşünün Türkiyədə oynanılacağını açıqlayıb: “Hazırkı duruma əsasən düşünmək olar ki, finalla yanaşı, yarımfinal görüşləri də İstanbulda keçiriləcək. Bu mərhələnin bir oyundan ibarət olması gözlənilir”.

Armand Duka həm də ÇL-də yoluna davam edən PSJ və “Lion”la bağlı UEFA-nın fikrini çatdırıb. O, Fransada mövsümün vaxtından əvvəl başa çatdırılmasına və sərhədlərin bağlanmasına baxmayaraq, adıçəkilən komandaların turnirdəki mübarizəni davam etdirəcəklərini vurğulayıb: “Bildiyim qədərilə PSJ və “Lion” Çempionlar Liqasında oynayacaqlar. Bununla bağlı işlər davam etdirilir”.

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşmasının avqustun sonlarında Atatürk Olimpiya Stadionunda keçirilməsi qərar alınıb. Fransa klublarından PSJ turnirin 1/4 final mərhələsinə adlayıbsa, “Lion” “Yuventus”la 1/8 finalın ilk matçında 1:0 hesablı qələbə qazanıb, cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.


Create Account



Log In Your Account