Dec 17 2019 15:45
Elshad Aliyev
Views: 144

Rusiya qazının nəqli ilə bağlı Ukrayna-Avropa İttifaqı-Rusiya formatında üçtərəfli danışıqların növbəti raundu dekabrın 19-da keçiriləcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Nazirlər səviyyəsində keçiriləcək görüşdə Rusiya qazının Ukrayna ərazisindən tranziti məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 13-də Vyanada təbii qazın nəqli ilə bağlı Ukrayna-Rusiya danışıqları keçirilsə də, hələlik konkret nəticə əldə olunmayıb.


Create Account



Log In Your Account