May 14 2020 17:57
Elshad Aliyev
Views: 160

Ukrayna hökuməti bəzi karantin məhdudiyyətlərini, o cümlədən insanların evdən çıxması ilə bağlı qadağaları yumşaltmaq qərarına gəlib. Parklarda 8 nəfərədək olan kampaniya ilə gəzməyə, yay meydançalarındakı stollarda dörd nəfərin bir yerdə oturmasına icazə verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Denis Şmiqal özünün Teleqram kanalında məlumat verib. O, hökumətin bu qərarının insanların karantin rejimindən yorulması ilə koronavirus xəstəliyinin yayılmasının yolverilməzliyi arasında tarazlıq yaratmaq məqsədi daşıdığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Baş Nazir bildirmişdi ki, koronavirusdan sağalanların sayı bu xəstəliyə yeni yoluxanların sayından çox olacağı təqdirdə karantin rejimi ölkədə rəsmi olaraq mayın 22-dək qüvvədə qalacaq, əks-təqdirdə həmin müddət yenidən uzadıla bilər.

Bu günədək Ukraynada laborator analizlərlə təsdiqlənmiş 16 min 425-dək yoluxma faktı qeydə alınıb. Onlardan 3 min 716 nəfəri müalicə olunaraq sağalıb, 439 nəfər isə həyatını itirib.


Create Account



Log In Your Account