Apr 07 2020 16:36
Elshad Aliyev
Views: 165

Ukrayna koronavirusla mübarizəyə bir milyard qrivna (36 milyon dollar) vəsait xərcləyib. AZƏRTAC xəbər verir ki, bu barədə "Prozorro" dövlət satınalma sistemi məlumat yayıb.

"Ümumiyyətlə, Ukrayna martın 20-dən aprelin 6-dək koronavirusla mübarizə çərçivəsində 952 milyon qrivna məbləğində müxtəlif tibb vasitələr alıb", - deyə məlumatda bildirilir.

Bu məbləğin 7 faizi - 65 milyon qrivnanın - temperaturun ölçülməsi üçün kameralara xərclənib.

Bundan əlavə, bu dövrdə tibbi avadanlıqlara (mexaniki havalandırma aparatları və s.) - 190 milyon qrivna, tibbi materiallara (əlcəklər, üz maskaları, respirator, izolyasiya kostyumları) - 147 milyon qrivna, anesteziya və reanimasiya üçün avadanlıq - 116 milyon qrivna xərclənib.


Create Account



Log In Your Account