May 07 2020 09:47
Elshad Aliyev
Views: 62

Ukraynanın lb.ua portalı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü barədə məqalə dərc edib.

AZƏRTAC-ın materialı əsasında hazırlanan məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qurumun koronavirsa qarşı mübarizəyə dair videokonfransı təşkil edilib. Zirvə görüşünün əhəmiyyəti qeyd olunan məqalədə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, BMT-nin Baş katibi Antonio Quterreşin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin konfransda çıxışları barədə məlumat verilib.

Qeyd edilib ki, Zirvə görüşündə ümumilikdə 40-dan artıq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələri çıxış edib.


Create Account



Log In Your Account