Dec 20 2019 13:18
Elshad Aliyev
Views: 300

Avropa Komissiyası, Ukrayna və Rusiya arasında qaz tranziti barədə prinsipial razılıq əldə olunub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç məlumat yayıb. O, həmçinin sazişin hazırlanmasında göstərdiyi yardıma görə Almaniyanın İqtisadiyyat və Energetika nazirinə təşəkkürünü bildirib.

Rusiyanın Energetika naziri Aleksandr Novak tərəflərin yüksək hazırlıq mərhələsində olan protokolun detallı layihəsini hazırladıqlarını təsdiqləyib. Rusiyalı həmkarının sözləri ilə razılaşan Ukraynanın Energetika və Ətraf Mühitin Müdafiəsi naziri Aleksey Orjel tərəflərin protokol üzərində keyfiyyətli iş apardıqlarını deyib. Onun sözlərinə görə, əldə olunan saziş tərəfləri final razılaşmaya yaxınlaşdırır.

Rusiyanın “Qazprom” şirkəti isə öz növbəsində bildirib ki, Kiyev və Moskva arasında danışıqlar bu gün Belarusun paytaxtı Minskdə davam etdiriləcək.


Create Account



Log In Your Account