May 06 2020 12:53
Elshad Aliyev
Views: 48

Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub ki, bu da ötən günlərlə müqayisədə artım deməkdir.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 13 min 184 nəfərə çatıb. Bunlardan 905-i uşaq, 2251-i isə tibb işçisidir. Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2097 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.


Create Account



Log In Your Account