Jan 10 2019 11:31
Ferah Sabirqizi
Views: 226

Son bir ayda Ukraynada şaxtadan 64 nəfər ölüb. Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu müddətdə 1037 nəfər soyuq travmasından həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin 1 nömrəli qaydasına görə, şaxtalı havada spirtli içkidən imtina edilməlidir. İnsanlar spirtin istilik yaratdığını düşünürlər, lakin bu, yanlışdır. İlkin olaraq, spirtli içki qızışma yaratsa da, bədənin daxili orqanlarının istiliyini itirir. Bundan başqa həkimlər hesab edir ki, hər saatdan bir qapalı isti məkanda olmaq lazımdır.

Qeyd edək ki, son günlər Ukraynada 10-18 dərəcə şaxta hökm sürür.


Create Account



Log In Your Account