Jun 03 2020 15:51
Elshad Aliyev
Views: 56

Ukraynada daxili uçuşlar iyunun 5-dən, beynəlxalq uçuşlar isə iyunun 15-dən açılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.

Baş Nazirin sözlərinə görə, iyunun 5-dən kafe və restoranların qapalı sahələrində də fəaliyyətinə icazə veriləcək. Ancaq müştərilər sosial məsafəyə diqqət yetirməli və obyektlərdə dezinfeksiya işləri aparılmalıdır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün martın 17-dən Ukraynaya beynəlxalq uçuşlar qadağan edilmişdi.


Create Account



Log In Your Account