May 04 2020 16:38
Elshad Aliyev
Views: 52

Ukraynada koronavirusa qarşı mübarizə ilə bağlı karantin müddəti mayın 22-dək uzadılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən növbədənkənar iclasında qərar qəbul olunub.

Nazirlər Kabinetinin qərarına əsasən mayın 11-dən sonra karantində yumuşalma tətbiq ediləcək. Belə ki, insanlar parka, kilsəyə, istirahət bölgəsinə, gözəllik salonları və bərbərxanaya, kitabxanalar, muzeylər, ticarət obyektlərinə gedə biləcəklər. Ancaq ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərməyəcək.

İclasda qeyd edilib ki, fəaliyyətə başlayan obyektlərdə sanitar normaların tətbiqinə ciddi nəzarət ediləcək.


Create Account



Log In Your Account