May 18 2020 12:24
Elshad Aliyev
Views: 43

Ukraynada son sutkada 325 nəfər koronavirusa yoluxub, 21 nəfər isə ölüb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 18 min 616 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı 535 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 5276 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.


Create Account



Log In Your Account