Apr 15 2020 11:36
Elshad Aliyev
Views: 63

Ukraynada son sutkada 392 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 3764 nəfərə çatıb ki, onların 180-nə yaxını uşaqdır.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 143 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.


Create Account



Log In Your Account