Mar 06 2020 15:06
Elshad Aliyev
Views: 66

Yaxın vaxtlarda Ukraynada koronavirus epidemiyası əleyhinə tədbirlər tətbiq ediləcək. Bununla əlaqədar, kütləvi tədbirlər qadağan olunacaq, məktəblər müvəqqəti olaraq karantinə bağlanacaq.

AZƏRTAC xəbər verir ki, Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko bu məlumatı brifinqdə elan edib.

Onun sözlərinə görə, hazırda həkimlər təxminən 10 nəfəri müayinə edirlər. Onlarda müşahidə edilən əlamətlərə görə, bu insanlar COVID-19 virusuna yoluxmuş ola bilər.

Qeyd edək ki, Ukrayna ərazisində bir nəfərin koronavirusa yoluxması təsdiqlənib. Çernovtsı şəhərinin sakini olan bu şəxs İtaliyadan qayıdandan sonra onda infeksiya aşkar olunub.

Çernovtsı şəhərinin meri Aleksey Kaspruk bildirib ki, Səhiyyə Nazirliyinin tövsiyəsi ilə bu şəhərdə karantin tətbiq edilməsi məsələsinə baxılır.


Create Account



Log In Your Account